çərşənbə 16 aprel 2025 - 23:48
Qum xalqı Qəzzanın məzlumlarını dəstəkləmək üçün meydana çıxdı / Dünya eşitsin: 'Mən əhdə sadiqəm' + video

İslam İnqilabının beşiyi olan diyarın xalqı, uşaqları qətlə yetirən sionist rejimin cinayətlərini pisləmək və Qəzzanın məzlumlarına dəstək vermək üçün “Mən əhdə sadiqəm” şüarı ilə meydana çıxdı.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabının beşiyi və İslam dünyasının anası sayılan Qum şəhərinin vilayətpərvər və inqilabçı xalqı, 1404-cü ilin fərvərdin ayının 25-i (15 aprel 2025 ci il), saat 16:00-da, uşaqları qətlə yetirən sionist rejimin cinayətlərini pisləmək və Qəzzanın məzlumlarına dəstək vermək məqsədilə Həzrət Məsumənin (s.ə)  mübarək hərəmindən Müqəddəs Cəmkəran məscidinə doğru "Təriqül-Məhdi" "İmam Məhdinin yolu" yürüşünə başladılar.

Çərşənbə günü "Təriqül-Məhdi" "İmam Məhdinin yolu" - un da  ayaqlar hərəkətə gəldi.
Bəşəriyyətin nicatvericisinin aşiqi olan insanlar, müdafiəsiz Qəzza məzlumlarına dəstək üçün ayağa qalxdılar; qəlbin dərinliklərindən gələn bir fəryadla, Qəzzanın azadlığı və zülm və qan gecəsinin sonu üçün İmam Məhdi (ə.f) ilə kömək dilədilər.

Video | Bəşəriyyətin nicatvericisinin aşiqi olanlar müdafiəsiz Qəzzanın qadın və uşaqlarına dəstək üçün ayağa qalxdılar.

“Məhdi yolunda yürüş” iştirakçıları, əllərində İslam müqavimət cəbhəsi və Qəzzanın məzlum xalqını dəstəkləyən plakatlarla, “Amerikaya ölüm!”, “İsrailə ölüm!”, “Hər bir müsəlmanın susqunluğu Qurana xəyanətdir!”, “Heyhat minnəz-zillə!” (zillət bizdən uzaqdir!), “Müqavimətin seydi, yolun davam edir!” kimi şüarlar səsləndirərək, Qəzzada cinayətkar sionist rejimin vəhşi əməllərinə qarşı qəzəb və nifrətlərini ifadə etdilər.

Bu gün Əhli-Beytin Kəriməsi Xanim Məsuməsin  (s.ə) diyarının əhalisi meydana çıxaraq dünyaya bir daha göstərdilər ki, Qəzzanın məzlumlarını həyatlarının sonuna qədər tək buraxmayacaqlar, İslam müqavimət cəbhəsinə dəstək və yardım göstərməkdən heç zaman vaz keçməyəcəklər və bağladıqları əhddə sabitdirlər.

İslam dünyasının anası sayılan bu şəhərin xalqı həmçinin beynəlxalq qurumlara, İslam ölkələrinin rəhbərlərinə və təşkilatlara müraciət edərək onları qafil yuxudan oyanmağa, ölümcül səssizliklərini pozmağa və sionist rejimin müdafiəsiz fələstinli qadınları, uşaqları və mülki əhalini qətlə yetirməsinə daha artıq imkan verməməyə çağırırlar.

Video | Qəzzanın məzlumlarına dəstək üçün Qum əhalisinin aksiyası.

Müdafiəsiz və məzlum Qəzza xalqının tərəfdarları, “Məhdi yolunda yürüş”dən sonra "Mən əhdə sadiqəm" adlı böyük xalq toplantısında, İmam Zamanın (ə.f) zühuruna dualarla kömək dilənən mərasimdə və onunla beyətin təzələnməsi tədbirində, məğrib və işa namazları ilə eyni vaxtda Müqəddəs Cəmkəran məscidində iştirak edəcəklər.

İranda fəaliyyət göstərən HƏMAS və Fələstin İslami cihad hərəkatlarının nümayəndələri də Müqəddəs Cəmkəran məscidində keçirilən "Mən əhdə sadiqəm" adlı xalq toplantısının xüsusi qonaqlarıdır.

Video | Qum əhalisinin “Məhdi yolunda yürüş”də möhtəşəm iştirakı.

Salam olsun bu sadiq və fədakar xalqa!

İslam İnqilabının beşiyi olan bu inqilabçı xalq bu gün bir daha sübut etdi ki, İslam müqavimət cəbhəsi və müdafiəsiz Qəzza xalqı tək deyillər.
Onlar Qüdsü Şərifin amalları və dünyanın məzlumları uğrunda mübarizədən geri çəkilmir, sionist düşmənlə döyüş meydanında iştirak etməyə, öz qanları ilə sədaqətlərini sübut etməyə və fədakarlıq, igidlik və qürur dolu cihad nümunəsi göstərməyə hazır olduqlarını nümayiş etdirdilər.

Salam və ehtiram olsun bu qəhrəman və sadiq xalqa – onlar daim canları bahasına dinin, İslam İnqilabının, vilayəti-fəqihin və dünyanın məzlumlarının müdafiəsində dayanıblar və bu yoldan dönməyiblər.

Video | "Məhdi yolunda yürüş" müdafiəsiz Qəzza xalqına dəstəyin səhnəsi oldu.

Rəyiniz

You are replying to: .
captcha